Tələbə Təhsil Mərkəzi şirkətinin təsisçisi, ixtisas seçimi üzrə mütəxəssis və ümumi təhsil məsələləri üzrə ekspert Pərvin Əliyev 9 mart tarixində buraxılış imtahanında iştirak edəcək bütün abituriyentlərə ürəkdən uğurlar arzulayıb.
Ekspert bildirib ki, abituriyentlər bu günə qədər göstərdikləri zəhmətin nəticəsini görmək üçün imtahana daxil olurlar və bu mərhələdə ən vacib olan məsələ özlərinə inanmaqdır. Onun sözlərinə görə, imtahan sadəcə bir mərhələdir və hər bir abituriyent səbrli, diqqətli və sakit şəkildə sualları cavablandırarsa uğur qazanacaq.
“Əziz abituriyentlər, narahat olmayın! Siz bu günə qədər çox çalışmısınız və artıq zəhmətinizin bəhrəsini görməyin vaxtıdır. Özünüzə inanın, diqqətli olun və bildiklərinizi rahat şəkildə yazın. Biz hər zaman yanınızdayıq və inanıram ki, bir çoxunuz tezliklə tələbə adını qazanacaqsınız.” – deyə Pərvin Əliyev qeyd edib.
Ekspert əlavə edib ki, imtahandan sonra da abituriyentlər ixtisas seçimi mərhələsində doğru qərar vermələri üçün peşəkar dəstək ala bilərlər. Tələbə Təhsil Mərkəzi olaraq məqsəd hər bir gəncin düzgün ixtisas seçərək gələcək həyatında uğurlu addım atmasına kömək etməkdir.