Ümumi təhsil məsələləri üzrə mütəxəssis ekspert, Tələbə Təhsil Mərkəzi şirkətinin təsisçisi Pərvin Əliyev bildirib ki, bu il qəbul ballarında müəyyən dəyişikliklər mümkündür.
Onun sözlərinə görə, əgər II zona üzrə keçiriləcək imtahanlar da abituriyentlərin qeyd etdiyi kimi çətin olarsa və ümumi nəticələr gözləniləndən aşağı olarsa, bu halda ixtisaslar üzrə keçid ballarında enmə ehtimalı yarana bilər.
Ekspert vurğulayıb ki, qəbul prosesində əsas amil abituriyentlərin topladığı ümumi nəticələrdir və nəticələr zəif olduqda bal göstəricilərinin aşağı düşməsi tam mümkündür.
Pərvin Əliyev abituriyentlərə tövsiyə edib ki, imtahanların çətinliyi ilə bağlı narahatlıq keçirməsinlər və hazırlıqlarını davam etdirsinlər. Çünki yekun nəticələr formalaşdıqdan sonra ixtisas seçimi mərhələsində vəziyyət daha aydın görünəcək.