Geriyə Qayıt Ana Səhifə / Xəbərlər / Ümumi xəbərlər / Abituriyentlərin az bal toplamasında günahkar müəllimdirmi?
Abituriyentlərin az bal toplamasında günahkar müəllimdirmi?
Abituriyentlərin az bal toplamasında günahkar müəllimdirmi?
Bu suala birmənalı cavab vermək düzgün deyil. Mən düşünürəm ki, abituriyentin aşağı nəticə göstərməsində hər zaman müəllimi günahlandırmaq olmaz. Çünki hər bir şagirdin qavrama qabiliyyəti, öyrənmə üsulu və dərsi mənimsəmə sürəti fərqlidir.
Bəzən müəllim öz fənnini çox yaxşı bilir və izah edir, lakin şagird həmin müəllimin izah metodunu başa düşmür. Belə olan halda şagird özünü məcbur edib həmin müəllimlə davam etməməlidir. Onun üçün daha anlaşıqlı izah edən, fərdi öyrənmə xüsusiyyətlərinə uyğun yanaşan müəllim seçmək daha doğru olar.
Əsas məsələ müəllimin yaxşı və ya pis olması deyil, müəllimin izahı ilə şagirdin qavrama tərzinin uyğun gəlib-gəlməməsidir. Bir şagirdin yüksək nəticə göstərdiyi müəllim digər şagird üçün eyni dərəcədə uyğun olmaya bilər.
Təbii ki, nəticəyə şagirdin hazırlığa münasibəti, davamiyyəti, müntəzəm çalışması və digər amillər də təsir edir. Buna görə də aşağı balın səbəbini araşdırmadan günahı yalnız müəllimin üzərinə atmaq doğru yanaşma deyil.
Unutmayaq ki, hər şagird öyrənə bilər, sadəcə hər şagirdin öyrənmə yolu fərqlidir.
Pərvin Əliyev Elm və təhsil mütəxəssisi Tələbə Təhsil Mərkəzi şirkətinin təsisçi rəhbəri