Xəbərlər / Ümumi xəbərlər

Pərvin Əliyev: “Tələbə təqaüdləri artırılmalıdır”


Tələbə Təhsil Mərkəzi şirkətinin təsisçi rəhbəri, elm və təhsil mütəxəssisi Pərvin Əliyev tələbə təqaüdlərinin artırılmasının vacibliyini vurğulayıb.

“Düşünürəm ki, sosial müavinətlərin və əməkhaqlarının artırılması məsələsi gündəmdə olduğu bir vaxtda tələbə təqaüdləri də diqqətdən kənarda qalmamalıdır. Çünki tələbələrin gündəlik xərcləri, xüsusilə nəqliyyat və qidalanma xərcləri getdikcə artır.

Hazırda metro stansiyalarının bəzilərində gedişlə bağlı məhdudiyyətlər tələbələrin alternativ nəqliyyat vasitələrindən, o cümlədən ekspress avtobuslardan və sürətli qatarlardan istifadəsini zəruri edir. Bu isə onların gündəlik yol xərclərinin və nəticə etibarilə aylıq büdcələrinin artmasına səbəb olur.

Unutmamalıyıq ki, tələbənin əsas vəzifəsi təhsil almaq, özünü inkişaf etdirmək və gələcəyə hazırlaşmaqdır. Lakin maddi çətinliklər gənclərin diqqətini təhsildən yayındırmamalı, onların təhsil imkanlarını məhdudlaşdırmamalıdır.

Tələbə təqaüdü sadəcə maddi dəstək deyil, həm də gənclərə göstərilən diqqət və etimadın ifadəsidir. Buna görə də təqaüdlərin mövcud yaşayış xərcləri nəzərə alınmaqla artırılmasını vacib hesab edirəm. Biz tələbələrin yalnız akademik nəticələrini deyil, onların gündəlik qayğılarını və sosial vəziyyətini də düşünməliyik.

Tələbələr ölkənin gələcəyidir. Onların keyfiyyətli təhsil alması üçün maddi baxımdan daha əlverişli şəraitin yaradılması isə gələcəyimizə qoyulan sərmayədir.”Pərvin Əliyev: “Tələbə təqaüdləri artırılmalıdır”

Tələbə Təhsil Mərkəzi şirkətinin təsisçi rəhbəri, elm və təhsil mütəxəssisi Pərvin Əliyev tələbə təqaüdlərinin artırılmasının vacibliyini vurğulayıb.

“Düşünürəm ki, sosial müavinətlərin və əməkhaqlarının artırılması məsələsi gündəmdə olduğu bir vaxtda tələbə təqaüdləri də diqqətdən kənarda qalmamalıdır. Çünki tələbələrin gündəlik xərcləri, xüsusilə nəqliyyat və qidalanma xərcləri getdikcə artır.

Hazırda metro stansiyalarının bəzilərində gedişlə bağlı məhdudiyyətlər tələbələrin alternativ nəqliyyat vasitələrindən, o cümlədən ekspress avtobuslardan və sürətli qatarlardan istifadəsini zəruri edir. Bu isə onların gündəlik yol xərclərinin və nəticə etibarilə aylıq büdcələrinin artmasına səbəb olur.

Unutmamalıyıq ki, tələbənin əsas vəzifəsi təhsil almaq, özünü inkişaf etdirmək və gələcəyə hazırlaşmaqdır. Lakin maddi çətinliklər gənclərin diqqətini təhsildən yayındırmamalı, onların təhsil imkanlarını məhdudlaşdırmamalıdır.

Tələbə təqaüdü sadəcə maddi dəstək deyil, həm də gənclərə göstərilən diqqət və etimadın ifadəsidir. Buna görə də təqaüdlərin mövcud yaşayış xərcləri nəzərə alınmaqla artırılmasını vacib hesab edirəm. Biz tələbələrin yalnız akademik nəticələrini deyil, onların gündəlik qayğılarını və sosial vəziyyətini də düşünməliyik.

Tələbələr ölkənin gələcəyidir. Onların keyfiyyətli təhsil alması üçün maddi baxımdan daha əlverişli şəraitin yaradılması isə gələcəyimizə qoyulan sərmayədir.”