1) Keçid balı sütununda mötərizə içərisində müvafiq ixtisas üzrə dövlət sifarişi əsasında qəbulun keçid balı göstərilmişdir.
2) Nəticəsi balla qiymətləndirilən xüsusi qabiliyyət imtahanı tələb edən iki ulduzlu (**) ixtisasların keçid balı kəsr (/) işarəsi ilə verilmişdir. Kəsrin surətində müvafiq ixtisas üzrə qabiliyyət imtahanından ən aşağı bal toplayan abituriyentin qabiliyyət imtahanı üzrə balı, məxrəcində isə həmin abituriyentin test imtahanı üzrə balı göstərilmişdir.
3) Keçid balı sütununda mötərizə içərisində tire ( - ) işarəsi göstərir ki, müvafiq ixtisasda dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyent yoxdur. Təhsili yalnız ödənişli əsaslarla olan ixtisasların qarşısında belə mötərizə göstərilməmişdir.