Ümumi xəbərlər

Abituriyentlər üçün mühüm mərhələ: Qəbul imtahanlarının vaxtı və qeydiyyat tarixləri

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının keçiriləcəyi tarixlər müəyyənləşib.

Məlumata görə, II və III ixtisas qrupları üzrə qəbul imtahanı 24 may, I və IV ixtisas qrupları üzrə isə 7 iyun tarixində keçiriləcək.
Bildirilib ki, coğrafiya fənni üzrə əlavə imtahan da 7 iyun tarixində təşkil olunacaq.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat prosesi 16–29 aprel tarixlərini əhatə edəcək.