Ümumi xəbərlər

Son 3 ildə peşə təhsilində hansı yeniliklər edilib?

2022-2025-ci illər ərzində peşə təhsili üzrə 111 min dərslik və 64 proqram hazırlanıb.

Bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə səsləndirib.

Nazir müavini bildirib ki, 2025-ci ildə hazırlanan peşə təhsili proqramlarının 8-i yüksək peşə təhsili, 9-u isə texniki peşə təhsili üzrədir.