Ümumi xəbərlər

Dövlət kimlərin təhsil xərclərini öz üzərinə götürür?

Azərbaycanda minatəmizləmə əməliyyatları zamanı həyatını itirmiş şəxslərin övladlarının təhsil xərclərini dövlət öz üzərinə götürür.

Bununla bağlı "Təhsil haqqında" qanuna təklif edilən yeni dəyişiklik Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Belə ki, minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Bu Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.