DİM azyaşlılar üçün Kembric imtahanı keçirəcək – Qeydiyyat vaxtı açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) 6-12 yaşlı uşaqların ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiqləmək istəyən valideynlər və müəllimlər üçün "Young Learners" (Azyaşlı öyrənənlər) kvalifikasiyaları üzrə imtahan elan edib
İmtahan nə vaxt keçiriləcək?Beynəlxalq standartlara uyğun təşkil edilən imtahan 13 iyun 2026-cı il tarixində baş tutacaq. İmtahanda iştirak etmək istəyənlər üçün son qeydiyyat tarixi 24 aprel 2026-cı il müəyyən edilib.
Kembric sertifikatı əldə etmək imkanıBu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. İmtahanın hər bir iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən dünyada tanınan rəsmi sertifikat təqdim olunacaq.
Rəsmi imtahan mərkəziXatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biridir. Mərkəz həmçinin Cambridge English Qualifications və Cambridge English Teaching (ingilis dili müəllimliyi) imtahanlarını da təşkil edir.
Necə qeydiyyatdan keçməli?İmtahanda iştirak etmək üçün tələb olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Əlavə suallar yaranarsa,
[email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.