Ümumi xəbərlər

Lənkəran Dövlət Universitetinin tələbəsi Heydərli Səbinə "Zəfər Günü" haqqında yazır

"Mən Lənkəran Dövlət Universitetinin "Tarix coğrafiya və incəsənət" fakültəsinin Tarix coğrafiya müəllimmliyi ixtisasının lll kurs tələbəsi Heydərli Səbinə 8 Noyabr - Zəfər günü münasibətilə ilə ilk öncə Ali Baş Komandanın "Dəmir Yumruq" siyasətinin , daha sonra bu siyasət ugrunda torpaqlarımızı canı bahasına geri qaytaran şəhidlərimizin qarşısında baş əyirəm, valideynlərinin əlindən öpürəm. Həmçinin 44 günlük müharibə də yaralanan, qazilərə Allahdan şəfa diləyirəm. Hər birimiz sizlərə borcluyuq.
8 Noyabr - Zəfər günü münasibətilə ilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, belə qələbələrin daim olmasını arzulayıram. 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir.  Artıq 3 ildir ki Ali Baş Komandanın aldığı qərarlar əsasında, işğaldan azad olunmuş torpaqlarımızda bir sıra abadlıq işləri aparılmaqdadır.Şəhərlərin yenidən bərpası nəticəsində artıq məcburi köçkünlər öz doğma yurdlarına qayıdır . Yaşanan sevinc hər birimizindir.
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN! ✊🏻"