Əhmədova Əfruzə Gəncə Dövlət Universiteti 2023-cü il məzunu yazır
Bayraq-bu sözün mənasını hər kəs bilir.Ancaq bu sözü evindən övladının,qardaşının,yarının cənazəsi çıxanlar daha yaxşı bilirlər.Övladı Vətən uğrunda Şəhid olub,torpağa qarışıb Vətəni dirildir.O hilalı öpüb "Vətən sağ olsun!" deyişləri ilə ömür boyu o bayrağa sahib çıxırlar.Niyə?Çünki tək təsəlliləri o olur.Hər dəfə Bayrağa baxdıqda,üzərindəki *Mavi rəngin-şahinin qıy vuraraq süzdüyü al səmalarını,Qırmızı rəngin-Şəhidinin qanlı formasını,Yaşıl rəngin-Xarı Bülbülün dirçəldiyi o yaşıllıqlarını* göz önünə gətirməkdir.Vətən torpağı və üç rəngli hilal bizlər üçün nə qədər müqəddəsdir.Çünki torpağımız,Şəhidlərimiz,qazilərimiz sayəsində can tapır,dirilir və çiçəklənir.Bayrağımız onlar sayəsində bu gün Xankəndində,Şuşada dalğalanır.Və nə qədər ki,bu torpaqda Vətənə bağlı övladlar böyüyəcək,o bayraq hər zaman zirvələrdə qalacaq.
Zirvələrdə qal,Bayrağım.Çünki sən,belə daha da gözəlsən...
Ey,Vətən səmasında süzən al Bayraq
Nə gözəı yaraşırsan,Vətən azadlığına...