Ümumi xəbərlər

Xavyer Miley Argentinanın yeni Prezidenti seçilib.

📌 O, dövlətin həyata minimal müdaxiləsinin tərəfdarıdır. Mərkəzi Bankı ləğv etməyi planlaşdırır və milli valyutanın dollarla əvəzlənməsini təklif edir.

💰 Siyasətçi iqtisadi problemlərin həlli üçün büdcə xərclərini də ciddi şəkildə azaltmaq niyyətindədir.

📌 Miley Braziliya, Çin və Rusiyanın yürütdüyü siyasətin qəti əleyhdarıdır. Bu baxımdan sözügedən dövlətlərlə münasibətləri inkişaf etdirmək niyyətində deyil. Lakin o, özəl biznesin bu ölkələrlə qarşılıqlı əlaqəsinə mane olmayacaq.

📌 Xavyer Miley ABŞ və İsraili prioritet müttəfiqlər hesab edir.