Ümumi xəbərlər

Elektrik dirəyi aşdı, "Azərişıq" işçisi yıxılıb öldü.

Tərtərdə "Azərişıq" əməkdaşı bədbəxt hadisənin qurbanı olub. Hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb. Əliyev Famil Kamal oğlu elektrik dirəyində iş görərkən dirək aşıb. Yıxılaraq müxtəlif xəsarətlər alan  F. Əliyev xəstəxanada ölüb.