Ümumi xəbərlər

Ermənistan MN iddia edir ki, sərhəd ərazisində atəşkəs pozulub və nəticədə 1 erməni hərbi qulluqçu ölüb. Qeyd edək ki, qarşı tərəfin yaydığı bu məlumat əsassızdır. Azərbaycan sərhəddə atəşkəsi pozmayıb.

Müdafiə Nazirliyindən bildirilib:

Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində  Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik.