Kamran Əliyev Şuşa və Göygölə prokurorlar təyin etdi
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib. Bu təyinata qədər Nəriman Əsədov Azərbaycan Respublikasının Baş рrоkurоru yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş idаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib.