Ümumi xəbərlər

Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun az yaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, ana və övladı qonaq getikləri evin vanna otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.