İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Şəhid olan Ramazan Günay, Mehmet Serinkan, İsmail Yazıcı zabit, Yasin Karaca, Şağatay Erenoğlu və Emre Taşkın isə sıravi hərbi qulluqçulardır.
Məlumata görə, terr*rçular Türkiyə ordusunun hərbçilərinə hücum edib. Atışma nəticəsində 3 hərbçi hadisə yerində şəhid olub. Yaralı halda xəstəxanaya çatdırılan 3 hərbçinin də həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə ordusunun cavab atəşi nəticəsində 7 terr*rçu məhv edilib.