🚑 Təcili tibbi yardım bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.