Prezident İlham Əliyev Əməkdar dövlət qulluqçusu Məhərrəm Əhmədovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, o, 1997-ci ildən Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsində baş məsləhətçi, böyük məsləhətçi, 2005-ci ildən indiyə kimi isə şöbə müdirinin müavini vəzifəsində çalışır. 2-ci dərəcəli Dövlət müşaviridir.