Təhsil xəbərləri

Fərqlənmə attestatı ("Qırmızı attestat") kimlərə təqdim edilir?

Bu Qayda, Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 479 nömrəli qərarına əsasən hazırlanıb və ümumi təhsil müəssisələrində fərqlənmə attestatlarının verilməsini tənzimləyir.

Fərqlənmə attestatları aşağıdakı şərtlərlə verilir:

1. Davranışda nümunəviliyin olması;
2. Bütün fənlər üzrə illik qiymətlərin “5” olması;
3. Ümumi orta təhsil səviyyəsində hər bir buraxılış fənnindən azı 75 bal;
4. Tam orta təhsil səviyyəsində hər bir fəndən “5” qiymət və azı 75 bal;

Attestatların verilməsi sinif rəhbərinin təqdimatı ilə pedaqoji şurada müzakirə olunur və qərar qəbul edilir. Bu qərar məktəb direktorunun təqdimatı ilə təhsili idarəetmə orqanının əmri, yaxud Təhsil Nazirliyinə tabe məktəblərdə direktorun əmri ilə rəsmiləşdirilir. Attestatlar məzunlara təntənəli şəkildə təqdim olunur.