Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sözügedən mövzunu belə izah edib:
“Məlumdur ki, səhvlərin düzü aparması yalnız qapalı suallara aiddir. Hər bir sualda bildiyiniz kimi, A, B, C, D, E cavab variantları mövcuddur. Bəzən imtahana heç hazırlaşmayan abituriyentlər var ki, sualların variant olmasından istifadə edib hamısına eyni variantı yazır. Belə olduğu halda həmin imtahan verən şəxsin təsadüfən 5-6 cavabı düz çıxacaq. Biz də bu təsadüfləri aradan qaldırmaq üçün 4 səhvin 1 düzü aparması qaydasını tətbiq edirik”.