Cavab: Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində Hərbi feldşer işi ixtisası üzrə təhsil müddəti 3 ildir.
Cavab: Cari ildə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi və qadın cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək zabit və gizir (miçman) rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
Cavab: Namizədlərin Hərbi Tibb Fakültəsinə qəbulu müvafiq tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanından, digər abituriyentlərin isə müvafiq tədris ilində keçirilən qəbul imtahanından əldə etdikləri nəticələr əsasında həyata keçirilir.
Cavab: Qəbul ilində Müdafiə Nazirliyinin müəyyən olunmuş kadr tələbatına və plan yerlərinə uyğun olaraq qəbul balı dəyişə bilər.
Cavab: Hərbi Tibb Fakültəsindən Hərbi feldşer işi ixtisası üzrə məzun olmuş şəxslər müddətli həqiqi hərbi xidmət keçməkdən azad olunurlar.
Cavab: Hərbi Tibb Fakültəsində Hərbi feldşer işi ixtisası üzrə təhsil alan kursant təhsil müəssissəsinə qəbul balı və öz istəyi nəzərə alınaraq Müdafiə Nazirliyinin hesabına Türkiyədə təhsilini davam etdirə bilər.