"Xüsusilə bu gün bizə həm sevinc, qürur, şərəf həmdə qəmi hiss etdirən gündür.Artıq torpaq həsrətində qalmırıq.Buna görə də başda Ali baş komandan İlham Əliyevə və şəhidlərimizə, qazilərimizə minnətdarıq! Bu təbrikə bütün Bakı Qızlar Universitetinin kollektiv heyəti və tələbələri də qoşulur.Sabirabad rayon cavad kəndində anadan olan Abbaslı Elgiz Fuad oğlu da 44 günlük ağır müharibə şəraitində şəhidlik zirvəsinə ucalmışdı.Çox ağır dərddir valideynə övlad itkisi. Istəyərdim şəhidimizi çox adam tanısın.Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə də şəfa arzulayıram. Qələbən mübarək Mübariz Azərbaycan!✊🇦🇿"