Təhsil xəbərləri

Azərbaycan Dövlət Pedaqoji Universiteti/ Məktəbəqədər təhsil fakültəsinin 1-ci kurs tələbəsi Səkinə Gözəlova yazır

"44 günlük Vətən müharibəsi.
Bildiyimiz kimi Ermənistan hər zaman Azərbaycana qarşı daim ərazi iddiaları irəli sürmüşdür. Bu məqsədlə torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlamışdır. Azərbaycan illər boyu qəlbində daşıdığı qisasını 44 günlük Vətən müharibəsində almışdır. Bununla da Azərbaycan öz sarsılmaz qüdrətini bütün dünyaya tanıtmışdır və tanıtmaya da davam edəcək. Biz bu qələbəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məkrli siyasəti,Vətəni uğrunda canından keçmiş Şəhidlərimizin və öz sağlamlığını biz rahat yaşayaq deyə torpağa qurban verən igid oğullarımızın sayəsində qazandıq. Çalışaq ki, onları unutmayaq və unutdurmayaq! Zəfər günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm! Daim qələbə xəbərləri ilə Azərbaycan! ❤️"