"8 noyabr - “Zəfər günü münasibətilə xalqımı təbrik edirəm. Başda, Ali Baş Komandana, Qazi övladı və Veteran bacısı olaraq öz dərin təşəkkürümü bildirirəm. Bu sevinci bizə yaşadan, Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bu günümüzü onlara borcluyuq, öz canı və qanı bahasına 28 illik həsrətə son qoydular. Şəhid valideynlərinin qarşısında baş əyirəm, elə mərd oğullar böyütdükləri üçün onların əllərindən öpürəm. Eldən gedən evdən gedir… Qazilərimizə və igid döyüşçülərimizə Allahdan uzun ömür can sağlığı arzulayıram. Vətən deyəndə bizim başımız dikdir, və biz qürurluyuq. Vətən bizim Anamızdır, əslən Qarabağlı olmağıma ehtiyac yoxdur, hamımız Azərbaycanlı, hamımız Qarabağlıyıq. Qazi övladı olaraq, vətənpərvər bir ruhda böyüdülmüşəm, Zəfər bayramı mənim üçün digər bayramlardan daha dəyərlidir. Qazi övladı və veteran bacısı çox sevir axı Vətənini, Qarabağını. Vətənim hər şeydən dəyərlidir mənim üçün. Mən fəxr edirəm ki elə bir ailədə vətən sevgisi ilə böyüdülmüşəm. Atam 1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində erməni təxribatının qarşısını alarkən öz sağlamlığını itirmişdir və 2 ci qrup Qazidir. Qardaşım 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Döyüşlər başlayan ilk gündən döyüşə yollanmışdır və Qarabağın gözü olan Şuşa əməliyyatlarında da iştirak etmişdir. Müxtəlif medallarla təltif edilmişdir. “Füzulinin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” Ali Baş komandan tərəfindən təltif edilmişdir.
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan Ordusu!
Allah Ordumuzu qorusun!
Azadlığın mübarək Vətənim!
Zəfərin mübarək Vətənim! ❤️🇦🇿
Vətəni sevməyən insan olmaz, olsada o şəxsdə vicdan olmaz!"