Təhsil xəbərləri

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbəsində qızılcaya yoluxma faktı aşkarlanıb.

Həmin şəxs 2003-cü il təvəllüdlü Dövlətov Murad Vidadi oğludur. 

Belə ki, tələbə xəstəliyi ilə əlaqədar olaraq tibb müəssisəsinə müraciət edib. Müayinələrdən sonra ona qızılca diaqnozu qoyulub. 

AzMİU-dan bildirilib ki, həmin tələbə qızılcaya universitetdən kənarda yoluxub və artıq sağalıb. 

Qeyd edilib ki, tələbə artıq dərslərini davam etdirir.