Yarışa Gənclər və İdman Nazirliyinin dəstəyi ilə qatılan Zaqatala və Balakən məktəblilərindən ibarət komandamız olimpiadada ikinci yeri qazanıb. “Village Boys” (“Kəndli oğlanlar”) komandası bu uğuru “Future İnnovators-Junior” kateqoriyası üzrə əldə edib. “Village Boys” komandasının üzvləri - Zaqatala rayon Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseyin şagirdi Hacı Hacıyev, Zaqatala rayon Əliabad qəsəbəsi dörd saylı məktəbin şagirdi Əlibali Əlibəyov, Balakən rayonu Zərifə Əliyeva adına liseyin şagirdi Nihat Muradlıdır.
Xatırladaq ki, Hacı Hacıyev Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Abakar Hacıyevin övladıdır.