Təhsil xəbərləri / Ümumi xəbərlər

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, filologiya üzrə fəlsəfə doktoru Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib.

Yalçın Əlizadə 1940-cı ilin yanvarın 17-də Gəncə şəhərində anadan olub. 1957-ci ildə BDU-nun Jurnalistika fakültəsinə daxil olub.1962-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. 1971-1974-cü illərdə BDU-nun Jurnalistika fakültəsinin əyani aspiranturasında təhsil alıb.
1974-cü ildə "Azərbaycanda radiojurnalistikanın təşəkkülü və inkişafı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1974-1981-ci illərdə BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1982-1999-cu illərdə Televiziya və radio jurnalistikası kafedrasının müdiri vəzifəsində çalışıb. 1999-2012-ci illərdə Jurnalistika fakültəsinin dekanı olub.

Allah rəhmət eləsin!