Təhsil xəbərləri

Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, Eldar Quliyev rəhbərlik etdiyi universitetin əməkdaşlarına "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanlarını təqdim edib.

Elm və Təhsil naziri cənab Emin Əmrullayevin 16 noyabr 2023-cü il tarixli Təltif olunma barədə imzaladığı müvafiq əmrə əsasən Azərbaycan Kooperasiya Universitetinin Qiyabi şöbəsinin müdiri Qafarov Nizami Cəlal oğlu və "Menecment və ticarət" kafedrasının müdiri Həziyev Vasif Balaxan oğlu "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanları ilə təltif olunublar.