Emin Əmrullayev: “1 şagird üçün 7000 AZN xərclənir”
Elm və təhsil naziri Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, 1 şagirdin təhsili üçün 7000 AZN xərclənir.
“Bakıda ən böyük tutumu olan məktəbin 1 şagirdi üçün 600 AZN xərclənir, ucqar kənddə isə 30.000 AZN. Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitindən daha səmərəli və rasional xərclənməsi üçün tədbirləri davam etdirəcəyik", – deyə nazir qeyd edib.