Təhsil xəbərləri / Ümumi xəbərlər

14 nömrəli məktəbdə dərs zamanı şagirdlər silkələnib❗

Naxçıvan şəhərinin ən böyük təhsil müəssisələrindən olan 14 nömrəli tam orta məktəbin binası 2007-ci ildə tikilib təhvil verilib. Lakin üzərindən bir müddət keçəndən sonra məktəb binasında problemlərin olması üzə çıxıb. Məktəb rəhbərliyinin sözlərinə görə, dərs zamanı şagirdlər silkələnmə hiss ediblər.

Daha sonra valideynlərin tələbi üzrə binada yoxlama aparılıb və tikinti zamanı normaların ciddi şəkildə pozulduğu aydınlaşıb. 

Vaxtilə məktəb binasının inşası heç bir tender keçirilmədən sonradan “Arkoz” kimi rebrendinq edilən “GəmiQaya” Holdinqə tapşırılıb. Şirkətin rəhbəri isə vaxtilə Vasif Talıbovun şəriki olan Emin Uçar adlı şəxsdir. Həmçinin məktəbin tikintisinə Muxtar Respublikanın keçmiş Arxitektura Komitəsinin sədri və baş nazirin birinci müavini, hazırda “Arkoz” şirkətinin nümayəndəsi olan Asəf Məmmədov nəzarət edib. 