Təhsil xəbərləri / Ümumi xəbərlər

Tələbə imtahan verir, dekan isə onun körpəsini saxlayır 

Bu görüntüləri "Naxçıvan" Universitetinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Leyla Səfərova sosial mediada paylaşıb.

“Müəllimə, zəhmət olmasa, uşağı saxlayın, imtahana girim!” – deyən, fakültəmizin 4-cü kurs tələbəsi Zeynəbin balaca mələyi Sevinc. Ana imtahana daxil olubsa, dekan da körpəni saxlamalıdır. Xeyli müsbət enerji aldım bu yarım saatlıq müddətdə, çoxsaylı işlərimizin arasında”, – deyə paylaşımda qeyd edib.
 
Qeyd edək ki, imtahan verən qadın "Naxçıvan" Universitetinin Xarici dil müəllimliyi (ingilis) ixtisası üzrə 4-cü kurs tələbəsi Zeynəb Şöhrət qızı Vəliyevadır.