8 fəndən kəsilən tələbə intihar etdi🥀 Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov özünü asıb.
Tələbə yoldaşlarının bildirdiyinə görə, R.Qədimovun universitetdə davamiyyətlə bağlı problemi olub və o, 8 fənn üzrə qaib limitinə düşdüyü üçün imtahana buraxılmayıb.
❗️İntiharın ilkin ehtimalı kimi bu iddia səsləndirilsə də, məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.