Tələbimizi tanıyaq!
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində magistratura təhsili alan azərbaycanlı tələbə Günel Bəşirzadə Tempus İctimai Fondu tərəfindən “Stipendium Hungaricum” Tələbə Mükəmməlliyi Mükafatı ilə təltif olunub.
Sözügedən fəxri mükafat yüksək akademik göstəricilərə malik olan və “Stipendium Hungaricum” cəmiyyətinin inkişafına ən çox töhfə verən tələbələrə təqdim olunub.
Qeyd edək ki, Tələbə Mükəmməlliyi Mükafatı və Macar Tələbə Mükəmməlliyi Mükafatının qalibləri bir ay müddətində əlavə təqaüd almaq hüququ qazanıblar.
Mükafatlandırma mərasimi Budapeştdə “Stipendium Hungaricum” Tərəfdaşlarının Beynəlxalq Konfransı çərçivəsində baş tutub və mükafatlar Xarici İşlər və Ticarət Nazirliyinin Dövlət Katibinin müavini Miklos Lengyel tərəfindən təqdim olunub.