Təhsil xəbərləri / Ümumi xəbərlər

Fevralın 18-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək❗️

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 fevral 2024-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən APA-ya bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat 18 yanvar saat 14:00-dan 6 fevral saat 11:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bakıda namizədlər üçün 3000, Naxçıvanda isə 500 yer ayrılıb.

İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.