BDU tələbəsi yüngül atletika üzrə respublika çempionu olub.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə 26-27 yanvar tarixlərində Atletika üzrə 40-cı qış ölkə çempionatı keçirilib.
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin I kurs tələbəsi, Atletika üzrə milli yığma komandanın üzvü Səkinə Hacızadə nüvə itələmə yarışı üzrə 8 rəqibini üstələyib və fəxri kürsünün birinci pilləsinə yüksəlib.