Təhsil xəbərləri / Ümumi xəbərlər

Fevralın 8-i dünyasını dəyişən şagirdlərin fotosu🥀

Xəbər verdiyimiz kimi, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində sürücü Emin İbrahimov “Mercedes” markalı avtomobillə üç məktəblini vurub.

Hadisə zamanı azyaşlılardan ikisi ölüb, biri isə ağır xəsarət alıb.

Qeyd edək ki, dünyasını dəyişənlər Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğludur.

Ağır xəsarət alan məktəbli isə İbrahimzadə İbrahim Əziz oğludur. Yaralı şagird Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və onun vəziyyəti ağır olaraq qalır.

DİN-in mətbuat xidmətindən bildirilib ki, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.