Elm və təhsil naziri Emin Əmrullayev BƏƏ-nin təhsil naziri Ahmad Belhoul Al Falasi və xalq təhsili və qabaqcıl texnologiyalar üzrə dövlət naziri Sarah Al Amiri ilə görüşüb.
12-14 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində BƏƏ-nin təhsil naziri Ahmad Belhoul Al Falasi, habelə xalq təhsili və qabaqcıl texnologiyalar üzrə dövlət naziri, “Emirates School Establishment” şirkətinin Direktorlar Şurasının sədri Sarah Al Amiri ilə görüşdüm.
Görüşlər zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdik.
Elm və təhsil naziri Emin Əmrullayev