7-ci sinif şagirdi bıçaqlanıb❗️
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
7-ci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
Yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib.
Onu tanımadığı şəxs bıçaqlayıb.